Bank Of Baku

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi idxal olunan taxılın ƏDV-dən azad olunması üçün hökumətə müraciət edib

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi idxal olunan taxılın ƏDV-dən azad olunması üçün hökumətə müraciət edib
# 10 avqust 2010 08:31 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu YAP-ın rəsmi saytına müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev deyib.

Bu ilin ötən 5 ayı ərzində Azərbaycana 520 min ton idxal olunduğunu bildirən S. Vəliyevin sözlərinə görə, ölkədə lazımi taxıl ehtiyatı var. O qeyd edib ki, Rusiyada taxıl istehsalı azalır. Bu dövlətdə 90 milyon ton taxıl istehsalı gözlənilsə də, 70 milyon ton olacaq. Ona görə də, Rusiya hökuməti ixracın qarşısını almaq üçün xüsusi qərar qəbul edib.

«Bizə ən çox Qazaxıstandan taxıl ixrac olunur. Bu ilin 5 ayı ərzində ixrac olunan taxılın cəmi 15 faizi Rusiyadan gəlib. Qazaxıstandan isə idxal davam etdiriləcək. Ona görə də hökumətə təklif etmişik ki, xüsusilə buğda, buğda unu, heyvandarlıq üçün idxal olunan yemlərin müəyyən müddətdə ƏDV-dən azad edilməsi üçün xüsusi qərar qəbul edilsin» - deyə nazirliyin şöbə müdiri vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR