Bank Of Baku

İqtisadi İnkişaf Nazirliyi Azərbaycanda çörək və unun qiymətinin gündəlik monitorinqinə başlayıb

İqtisadi İnkişaf Nazirliyi Azərbaycanda çörək və unun qiymətinin gündəlik monitorinqinə başlayıb
# 10 avqust 2010 15:43 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Aparılan monitorinqlər nəticəsində çörəyin qiymətində dəyişiklik müşahidə edilməyib. Monitorinqlər zamanı, həmçinin un istehsal edən müəssisələrin topdansatış qiymətlərində artım müşahidə edilməsə də, bəzi pərakəndə satış obyektlərində bir kisə 50 kq-lıq əla növ unun qiymətinin 2 manatadək bahalaşdığı müşahidə olunub.

Qeyd olunanlarla əlaqədar, Dövlət Xidməti tərəfindən ticarət obyektlərində unun qiyməti ilə bağlı yoxlamalara başlanılıb. Yoxlamalar nəticəsində süni qiymət artımına yol verdiyi müəyyən edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR