Bank Of Baku

Azərbaycanda ərzaq buğdası əkilmiş sahələrin məhsuldarlığı 46% azalıb

Azərbaycanda ərzaq buğdası əkilmiş sahələrin məhsuldarlığı 46% azalıb
# 12 avqust 2010 10:46 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Biçilmiş sahələrdən 1,850 mln. ton məhsul götürülüb. O cümlədən, bunun 1,305 mln. tonunu ərzaq buğdası təşkil edib.

Cari ildə ərzaq buğdasının məhsuldarlığı 1 ha sahə üzrə orta hesabla 19 sentner təşkil edib. Ötən ilin göstəricisi ilə müqayisədə məhsuldarlıq 16 sentner və ya 45,7% azalıb.

Nazirlikdən o da bildirilib ki, cari il avqust ayının 1-i vəziyyətinə Azərbaycanda 471,6 min ton kartof, 653,5 min ton tərəvəz, 245 min ton ərzaq üçün bostan (qarpız və yemiş) yığılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR