Bank Of Baku

Yaxın iki ayda Azərbaycanda daha 9 taxıl anbarı kompleksi istifadəyə veriləcək

Yaxın iki ayda Azərbaycanda daha 9 taxıl anbarı kompleksi istifadəyə veriləcək
# 12 avqust 2010 11:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Beyləqan rayonunda inşa olunmuş taxıl anbarı kompleksinə güzəştli kreditlər hesabına fermerlərdən taxıl tədarükünə başlanılıb. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin məlumatında bildirilir ki, bu günlərdə Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) güzəştli krediti hesabına Beyləqan rayonunda «Beyləqan-Taxıl» ASC tərəfindən inşa edilmiş ümumi tutumu 20 min ton olan taxıl anbarı kompleksi istifadəyə verilib. Cəbhə rayonunda inşa edilmiş bu taxıl anbarı kompleksinə regionda, o cümlədən cəbhə rayonlarında fəaliyyət göstərən fermerlərdən taxılın tədarükünə başlanılıb. Artıq SKMF tərəfindən ayrılmış 700 min manat güzəştli kredit hesabına taxıl anbarına 5 min tona yaxın taxıl tədarük olunub. Hazırda tədarük olunmuş taxılın son texnologiya olan silolara vurulması həyata keçirilir.

Qeyd edək ki, indiyədək SKMF-in güzəştli kreditləri hesabına regionlarda ümumi tutumu 266 min ton olan 16 taxıl anbarı kompleksi maliyyələşdirilib. Artıq ümumi tutumu 58 min ton olan 7 taxıl anbarı kompleksində tikinti-quraşdırma işləri başa çatdırılıb. Ümumi tutumu 208 min ton olan 9 taxıl anbarı kompleksində isə müasir tələblərə cavab verən avadanlıqların quraşdırılması işinin bu ilin sentyabr-oktyabr aylarında başa çatdırılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR