Bank Of Baku

Azərbaycan yanvar-iyul aylarında un idxalını kəskin azaldıb

Azərbaycan yanvar-iyul aylarında un idxalını kəskin azaldıb
# 14 avqust 2010 10:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycana 647 146,7 ton buğda və 2 418,1 ton un idxal olunub. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

İdxal olunmuş buğdanın dəyəri 131 143,8 min ABŞ dolları, unun dəyəri isə 713,6 min dollar təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə buğdanın idxalı 4% artıb, un idxalı isə 12 dəfə azalıb. İdxal olunmuş buğdanın qiymətində 2,4% artım, unun qiymətində isə 9 dəfə azalma olub.

Qeyd edək ki, cari il avqust ayının 10-u tarixinə Azərbaycanda 1,305 mln. ton ərzaq buğdası istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR