Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı istehsalı 10% azalıb

Azərbaycanda kənd təsərrüfatı istehsalı 10% azalıb
# 16 avqust 2010 09:23 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, orta hesabla hər hektardan əldə edilmiş məhsul 19,9 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanmış 2,7 min hektar qarğıdalı sahəsindən 7,3 min ton məhsul götürülüb.

Yığım başlanandan tarlalardan 471,6 min ton və ya keçən ilin müvafiq dövründə olduğundan 20,3% az kartof, 653,5 min ton (1,1% az) tərəvəz, 140,7 min ton (18% az) meyvə və giləmeyvə, 245,2 min ton (5,6% çox) bostan məhsulları və 956 ton (32% çox) tütün toplanıb.

Bu dövrdə 174,7 min ton, yaxud 2009-cu ilin yanvar-iyul aylarına nisbətən 1,8% çox diri çəkidə ət, 868,5 min ton (4,9% çox) süd, 709,5 mln. ədəd (1,7% az) yumurta, 13,6 min ton (3,5% çox) yun istehsal olunub.

Beləliklə, keçən illə müqayisədə mövsümilik amili nəzərə alınmaqla kənd təsərrüfatının ümumi məhsulu 10%, o cümlədən bitkiçilik məhsulları istehsalı 18,5% azalıb, heyvandarlıq məhsulları istehsalı isə 2,8% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR