Bank Of Baku

«Azersun Holding»ə külli miqdarda tullantı kağızları təhvil verilib

«Azersun Holding»ə külli miqdarda tullantı kağızları təhvil verilib
# 17 avqust 2010 08:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «İctimai Dəyərlərin Təbliği Mərkəzi» İctimai Birliyi (İDTM İB) Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə «Tullantı kağızlarının təkrar emala cəlb edilməsi» adlı maarifləndirici layihəni başa çatdırıb.

İctimai Birlikdən «APA-Economics»ə verilən məlumata görə, 3 ay davam edən layihənin əsas məqsədi diqqəti tullantı kağızlarının təkrar emalının ekoloji baxımdan əhəmiyyətinə cəlb etmək olub. Bu layihəni həyata keçirməklə İctimai Birlik kağızın təkrar emalının həm ekoloji, həm də ağacların qorunması baxımından mühüm əhəmiyyət daşıdığını insanlara çatdırıb. Birliyin layihə çərçivəsində əsas məqsədlərindən biri qısa müddət ərzində nə qədər ağac xilas edə biləcəyini öyrənmək olub. Eyni zamanda layihə çərçivəsində təşkilat tərəfindən pilot proqram olaraq tullantı kağızlarının bilavasitə toplanması da təşkil edilib.

İDTM İB layihənin məqsədinə uyğun olaraq «Kağızı atma - Ağacı qoru!» şüarı altında, tullantı kağızlarının yığımı üçün qutuları, həmçinin təkrar kağız istehsalı, ağacların kəsilməsinin qarşısının alınması barədə dünya təcrübəsindən götürülmüş faktiki məlumatları 30-dan çox nöqtəyə yerləşdirib.

Kağızların yığımı həftəlik olaraq təşkil olunub, tullantı kağızları yığılaraq təyinat nöqtəsinə - «Azersun Holding»ə təhvil verilib (Azərbaycan ərazisində tullantı kağızlarının təkrar istehsalı ilə bağlı fəaliyyət göstərən yeganə müəssisə “Azersun Holding”in nəzdində yerləşir). Nəticədə layihə çərçivəsində 15 ton kağız yığılıb. Bununla da 255 şam ağacının kəsilməsinin, 540 ton CO2 qazının atmosferə atılması, 61 500 kilovat elektrik enerjisinin sərf olunması, 4 005 kq çirkli qazın atmosferə buraxılması, 26 250 litr yanacaq neftinin sərf olunması, 1 275 kvadrat metr meşə ərazisinin məhv olması, 582 ton suyun sərf olunması və bu kimi digər halların qarşısı alınıb.

Qeyd edək ki, İDTM İB gələcəkdə də bu kimi layihələri həyata keçirməyi planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR