Bank Of Baku

Azərbaycan hökuməti «Aqrolizinq»ə məxsus texnikanın lizinqə verilməsi və ya satılması qaydalarına dəyişikliklər edib

Azərbaycan hökuməti «Aqrolizinq»ə məxsus texnikanın lizinqə verilməsi və ya satılması qaydalarına dəyişikliklər edib
# 17 avqust 2010 10:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Aqrolizinq» ASC-yə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları»na əlavə və dəyişikliklər edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Əlavə və dəyişikliklərə əsasən, istifadəçi «Aqrolizinq» ASC-yə məxsus texnikaları və texnoloji avadanlıqları sığorta haqqı da daxil olmaqla, lizinq yolu ilə satın aldıqda onların dəyəri 40 min manatdan yuxarı olduqda, 10%-ni əvvəlcədən, qalan hissəsini isə bir ildən sonra 9 il ərzində, 40 min manatdan aşağı olduqda isə 20%-ni əvvəlcədən, qalan hissəsini isə bir ildən sonra 9 il ərzində ödəyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR