Bank Of Baku

Rusiya taxıl idxalını üç dəfə artırır

Rusiya taxıl idxalını üç dəfə artırır
# 19 avqust 2010 08:19 (UTC +04:00)
APA-Economics”in Rusiya mətbuatına istinadən xəbərinə görə, idxal barədə artıq qərar verilib, onun həcmi isə hələ də müzakirə olunur.

Rusiya taxılı əsasən yaxın xaricdən, xüsusən Qazaxıstandan idxal etməyi planlaşdırır. Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi 2010-2011-ci kənd təsərrüfatı ilində 8 mln. ton taxıl ixrac edəcəyini artıq bəyan edib. Bunun 2 mln. tonu Rusiya, İran və digər ölkələr üçün nəzərdə tutulub.

Qeyd edək ki, 2010-2011-ci kənd təsərrüfatı ilində Rusiyanın taxıl tələbatının 77-78 mln. tona çatacağı gözlənilir. Ölkənin Kənd Təsərrüfatı Nazirliyi isə 60-67 mln. ton taxıl istehsal olunacağını proqnozlaşdırır.

Rusiya bu il avqustun 15-dən taxıl ixracına embarqo qoyub. Qadağa dekabrın 31-dək qüvvədə olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR