Bank Of Baku

Şəkidə kənd təsərrüfatına dair zona müşavirəsi keçirilib

Şəkidə kənd təsərrüfatına dair zona müşavirəsi keçirilib
# 19 avqust 2010 14:14 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Şəkidə Azərbaycanın Şəki-Zaqatala bölgəsində kənd təsərrüfatı işlərinin gedişi və qarşıda duran vəzifələrə həsr olunmuş zona müşavirəsi keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki şəhər (rayon) İcra Hakimiyyəti aparatından məlumat verilib.

Məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə baş tutan müşavirədə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, Balakən, Zaqatala, Qax, Şəki və Oğuz RİH başçılarının aqrar məsələlər üzrə müavinləri, xidmət və dövlət təsərrüfatlarının rəhbərləri və bölgədə kənd təsərrüfatı ilə məşğul olan fermerlər iştirak edib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev kənd təsərrüfatı sahəsində əldə edilən nailiyyətlər, kənd təsərrüfatı işlərinin gedişatı və qarşıda duran vəzifələr haqqında müşavirə iştirakçılarına ətraflı məlumat verib. Mövzu ətrafında çıxışlar başa çatdıqdan sonra taxılçılıq sahəsində qarşıdan gələn səpinə hazırlıq və heyvandarlıq sahəsində mövcud durum, heyvandarlıqda yüksək məhsuldar cinslərin alınması istiqamətində aparılmış işlər ətraflı müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR