Bank Of Baku

Şamaxıda Kənd Təsərrüfatı Nazirliyinin zona müşavirəsi keçirilib

Şamaxıda Kənd Təsərrüfatı Nazirliyinin zona müşavirəsi keçirilib
# 20 avqust 2010 12:09 (UTC +04:00)
Şamaxı. Şahnəzər Bəşirov - APA. Şamaxı rayonunda taxılçılıqla bağlı zona müşavirəsi keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, Şamaxı, Ağsu, Abşeron, Qobustan, İsmayıllı və Qəbələ rayonlarının İcra Hakimiyyəti başçılarının aqrar məsələlər üzrə müavinləri, kənd təsərrüfatı işçiləri və fermerlər çıxış ediblər.

Tədbirdə bu il rayonlarda taxılçılığın inkişafı istiqamətində görülən işlər, əldə olunan uğurlar və qarşıya çıxan çətinliklər, məhsul istehsalçılarına toxum və gübrələrin güzəştli şərtlərlə verilməsi, eləcə də 2011-ci ilin məhsulu üçün payızlıq dənli bitkilərin əkini prosesinə hazırlığın vəziyyəti müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR