Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri iyulda 1,1% bahalaşıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri iyulda 1,1% bahalaşıb
# 23 avqust 2010 11:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 1,1%, yanvar-iyul aylarında isə 2009-cu ilin müvafiq dövrünə nisbətən 2,5% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, iyul ayında bitkiçilik, bostan və bağçılıq məhsulları üzrə qiymət indeksi əvvəlki aya nisbətən 98,7% təşkil edib. Bu bölmədə meyvələrin və qoz-fındığın istehsalçı qiymətləri 7,1% bahalaşıb, tərəvəz, ixtisaslaşdırılmış bağçılıq və şitilçilik məhsullarının qiymətləri 9,7%, dənli bitkilər və digər qruplara daxil edilməyən bitkilərin istehsalçı qiymətləri isə 1% ucuzlaşıb.

Heyvandarlıq bölməsində diri qoyunların, keçilərin və onlardan alınan məhsulların istehsalçı qiymətləri 9,9%, diri quşların və yumurtanın istehsalçı qiymətləri 7,3% bahalaşıb, diri mal-qara və heyvandarlıq məhsullarının qiymətləri isə 0,4% ucuzlaşıb.

Eyni zamanada, iyulda meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,4% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR