Bank Of Baku

ABŞ-da 170 min ton ət məhsulları satışdan yığışdırılacaq

ABŞ-da 170 min ton ət məhsulları satışdan yığışdırılacaq
# 25 avqust 2010 08:21 (UTC +04:00)
Bakı - APA-Economics. “Zemco Industries” şirkəti ABŞ-ın ticarət şəbəkəsindən 170 min ton ət məhsullarını yığışdıracaq.

APA-Economics”in CNN-ə istinadən xəbərinə görə, bu barədə qərar ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilib.

Sözügedən ət məhsullarının təhlükəli bakteriya növünə yoluxması ehtimal olunur. Belə ki, Corciya ştatında aparılan yoxlamalar zamanı məhsullarda listerioz xəstəliyinin daşıyıcısı olan Listeria monocytogenes bakteriyası aşkarlanıb.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi listerioz xəstəliyinin yüksək hərarət, baş ağrısı və ürəkbulanma yarada bilməsi haqda xəbərdarlıq edib. İmmuniteti aşağı olan adamlarda isə infeksiya ölümə də səbəb ola bilər. Hələlik ABŞ-da ətdən zəhərlənmə halı qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR