Bank Of Baku

Ukrayna taxıl ixracına məhdudiyyət tətbiq etməkdən imtina edib

Ukrayna taxıl ixracına məhdudiyyət tətbiq etməkdən imtina edib
# 25 avqust 2010 12:02 (UTC +04:00)
Bakı - APA-Economics. Ukrayna hökuməti ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün taxıl ixracına məhdudiyyət tətbiq etməkdən imtina edib.

APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Ukrayna baş nazirinin müavini Viktor Slauta açıqlama verib.

Onun sözlərinə görə, Rusiyanın taxıl ixracına embarqo qoyması nəticəsində Qara dəniz regionunda yaranmış taxıl çatışmazlığını Ukrayna digər ölkələrin hesabına kompensasiya edib: “ABŞ, Fransa və Almaniyanın Qara dəniz bölgəsinə taxıl ixrac etməsi nəticəsində taxılın spekulyativ qiyməti bazar qiyməti həddinə qədər endi. Ona görə də ixracı məhdudlaşdırmaq üçün əsas yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR