Bank Of Baku

Azərbaycanın emal bölməsində məhsul istehsalı 10% artıb

Azərbaycanın emal bölməsində məhsul istehsalı 10% artıb
# 26 avqust 2010 07:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 2 902,9 mln. manatlıq məhsul istehsal olunub, sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu sahədə istehsalın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 9,8% artmaqla, daha çox hissəsi – qida məhsullarının istehsalının payına düşüb.

Hesaabt dövründə qida məhsullarından makaron məmulatlarının istehsalı 12,5% artaraq 8,5 min ton, pendir və kəsmik istehsalı 2% artaraq 24,8 min ton, ət 3,9% artaraq 143,7 min ton, süd 3% artaraq 370,8 min ton, kərə yağı 0,9% artaraq 12,2 min ton, cem və marmeladlar 3,2% artaraq 4,3 min ton, duru bitki yağları 26,6% artaraq 25,4 min ton olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR