Bank Of Baku

Ekoloqlar: Meşə yanğınları Rusiyaya 375 mlrd. dollar zərər vurub

Ekoloqlar: Meşə yanğınları Rusiyaya 375 mlrd. dollar zərər vurub
# 26 avqust 2010 14:25 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin yayında Rusiyanı bürüyən meşə yanğınlarının vurduğu zərərin həcmi açıqlanıb.

APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, Vəhşi Təbiətin Mühafizəsi Mərkəzinin baş direktoru Aleksey Zimenko meşələrin dövlət idarəetmə sisteminin olmamasının zərərin miqdarının yüksək həddə çatmasına səbəb olduğunu bildirib.

Təbiəti mühafizə təşkilatlarının keçirdiyi mətbuat konfransında çıxış edən A.Zimenko qeyd edib ki, son meşə yanğınlarının vurduğu zərər hər hektar meşəyə 25 min dollar təşkil edir: “Bu isə o deməkdir ki, Rusiya meşə yanğınlarından orta hesabla 375 mlrd. dollar zərər görüb”.

Qeyd edək ki, meşə yanğınları Rusiyada 927,5 min hektar meşəni məhv edib. Nəticədə 50 nəfər həlak olub, 2,5 min ev yanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR