Bank Of Baku

Aydın Əliyev: «Azərbaycanda taxıl idxalının ƏDV-dən azad edilməsinə zərurət yoxdur»

Aydın Əliyev: «Azərbaycanda taxıl idxalının ƏDV-dən azad edilməsinə zərurət yoxdur»
# 01 sentyabr 2010 13:51 (UTC +04:00)
Onun sözlərinə görə, təkcə avqust ayı ərzində ölkəyə 140 min tondan artıq taxıl idxal olunub: «İdxalın həcmi Azərbaycanda bu il taxıl ilə bağlı heç bir problemin olmayacağından xəbər verir».

Taxıl idxalının əlavə dəyər vergisindən (18%) yeniDƏN azad edilməsi perspektivlərinə gəldikdə isə A.Əliyev «APA-Economics»ə açıqlamasında bildirib ki, hazırda ölkəyə taxıl idxalı davam edir və onun qiymətində böyük bir fərq müşahidə olunmur: «Hesab edirəm ki, idxal olunan taxılın ƏDV-dən azad olunmasına zərurət yoxdur».

Qeyd edək ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi də ölkədə bu il taxıl qıtlığının olmayacağını bildirir, bununla yanaşı taxıl idxalının ƏLV-dən azad edilməsini təklif edir. Qazaxıstan hökuməti isə Azərbaycanın taxıla olan tələbatını təmin etməyə hazır olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR