Bank Of Baku

Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi qaydaları təsdiqlənib

Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi qaydaları təsdiqlənib
# 01 sentyabr 2010 14:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Nazirlər Kabineti “Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi Qaydaları”nı təsdiq edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qaydalara əsasən müvafiq elmi tədqiqat institutlarının və tədris müəssisələrinin vasitəsilə yerli genetik fonddan istifadəyə üstünlük verməklə, fizioloji xüsusiyyətlərə (quraqlığa, istiliyə və şoranlaşmaya davamlı) malik, xəstəlik və zərərvericilərə davamlı yeni sort və hibridlərin yaradılması, bitkiçilikdə bioloji, mexaniki və aqrotexniki üsulların tətbiqi yolu ilə xəstəliklər, zərərvericilər və alaq otlarına qarşı bitki mühafizəsi sisteminin, itirilmiş qida maddələrinin torpağa qaytarılması məqsədilə bitki və heyvan mənşəli tullantıların emalı texnologiyalarının hazırlanması, kənd təsərrüfatı fəaliyyəti nəticəsində torpağın və suyun çirklənməsinin qarşısının alınması, quşçuluq, balıqçılıq təsərrüfatlarında ekoloji təmiz istehsal texnologiyalarının işlənməsi və tətbiqi həyata keçirilməlidir.

Nazirlər Kabineti həmçinin Kənd Təsərrüfatı Nazirliyi və Təhsil Nazirliyinə aidiyyəti üzrə mütəxəssislər hazırlamağı, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə əhalinin ekoloji maarifləndirilməsi və informasiya yayımının genişləndirilməsi, jurnalların və kitabların nəşri, sərgi və yarmarkaların təşkilini tapşırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR