Bank Of Baku

Azərbaycanın şimal-qərb rayonlarında unun və ətin qiyməti qalxıb

Azərbaycanın şimal-qərb rayonlarında unun və ətin qiyməti qalxıb
# 01 sentyabr 2010 16:44 (UTC +04:00)
APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, Zaqatalanın bazar və mağazalarda 50 kq-lıq bir kisə un on gün əvvəl 16 manata satılırdısa, bu gün 50 kq-lıq un kisəsi 18 manata təklif olunur.

Bazarda un satışı ilə məşğul olan sahibkarların APA-ya verdiyi məlumata görə, bahalaşmaya səbəb un istehsalı ilə məşğul olan dəyirmanlarda unun topdan satış qiymətinin 17 manatdan 18 manata qədər artmasıdır. Zaqatalanın bazarında və ərzaq mağazalarında buğda və qarğıdalının satış qiymətində də ciddi artım müşahidə olunur. 15 gün əvvəl Zaqatala bazarında 1 kq buğdanı 20 qəpiyə, 1 kq qarğıdalını 30-35 qəpiyə almaq mümkün olduğu halda, bu gün artıq 1 kq buğda 32 qəpiyə, 1 kq qarğıdalı isə 45-50 qəpiyə satılır.

Rayonda unun və buğdanın qiymətinin artmasına baxmayaraq, çörəyin qiymətində artım müşahidə edilmir. Çəkisindən asılı olaraq bir ədəd çörək əvvəlki kimi 30-40 qəpiyə satılır. Rayonda həmçinin mal ətinin qiyməti 1 manat qalxaraq, 1 kq-ı 6 manata satılır. Qoyun ətinin qiymətində isə artım müşahidə edilmir.

Bölgənin digər rayonlarının (Balakən, Qax və Şəki) sakinlərinin APA-ya verdiyi məlumata əsasən, son günlər həmin rayonlarda da buğda və unun qiymətlərində artım müşahidə edilir. Belə ki, Balakən, Qax və Şəki rayonlarında 50 kq-lıq un kisəsi 19 manata satılır. Bu rayonlarda da 1 kq buğdanın qiyməti 30 qəpiyə qalxıb. Yuxarıda adı çəkilən rayonlardan Balakən və Qaxda mal ətinin qiymətində artım yoxdur, Şəkidə isə mal əti 1 manat bahalaşaraq 1 kq-ı 6 manata satılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR