Bank Of Baku

İyul-avqust aylarında dünyada ərzaq məhsulları 5% bahalaşıb

İyul-avqust aylarında dünyada ərzaq məhsulları 5% bahalaşıb
# 02 sentyabr 2010 10:49 (UTC +04:00)
Bakı - APA-Economics. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dünyada ərzağın son iki il ərzində ilk dəfə olaraq maksimum həddə çatdığını bəyan edib.

APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, buna Rusiya ərazisində baş verən quraqlıq və nəticədə ölkədən taxıl ixracına qadağa qoyulması səbəb olub.

FAO mütəxəssisləri bildirib ki, cari ilin iyul-avqust aylarında ərzaq məhsullarının qiyməti 5% bahalaşıb. Amma bu rəqəm 2008-ci ilin yazında qeydə alınmış bahalaşmanın rekord göstəricisindən 38% azdır.

İki il əvvəlki bahalaşmanın səbəbi neftin rekord qiyməti, yanacağa yüksək tələbat və 1982-ci ildən bəri ilk dəfə olaraq kənd təsərrüfatı ehtiyatının ən aşağı həddə düşməsi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR