Bank Of Baku

Dmitri Medvedev Rusiyada yaranmış qarabaşaq defisitinə münasibət bildirib

Dmitri Medvedev Rusiyada yaranmış qarabaşaq defisitinə münasibət bildirib
# 02 sentyabr 2010 12:50 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya prezidenti Dmitri Medvedev ölkədə yaranmış qarabaşaq defisitinə münasibət bildirib.

APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, D.Medvedev Engels şəhərinə səfəri zamanı yerli mağazalardan birinə daxil olub.

Prezident çörək, süd, yumurta və qarabaşağın qiyməti ilə maraqlanıb. O, ölkədə “qarabaşaq məsələsinə görə psixoz” yarandığını etiraf edib: “Qarabaşaq məsələsini yoluna qoyacağıq. Onlar möhtəkirlərdir. Kimsə ölkədə məhsuldarlığın olmaması haqda şayiələr yayır”.

Rusiya lideri qubernatorları öz regionlarında qiymətləri nəzarətdə saxlamağa, vaxtaşırı mağazalara baş çəkməyə və möhtəkirləri cəzalandırmağa da çağırıb.

Qeyd edək ki, Rusiya Federal Statistika Xidmətinin məlumatına görə, 2010-cu ilin əvvəlindən ölkədə qarabaşaq 85% bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR