Bank Of Baku

«Azersun Holding» Rusiyanın Beloreçensk şəhərində Çay İstehsalı Fabrikini istifadəyə verib - FOTO

«Azersun Holding» Rusiyanın Beloreçensk şəhərində Çay İstehsalı Fabrikini istifadəyə verib - <font color=red>FOTO</font>
# 02 sentyabr 2010 14:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın «Azersun Holding» Şirkətlər Qrupu Rusiyanın Beloreçensk şəhərində (Krasnodar vilayəti) inşa etdiyi Çay İstehsalı Fabrikini istifadəyə verib.
Şirkətlər Qrupundan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda burada inşası planlaşdırılan Konserv Zavodunun da təməli qoyulub.
Açılış mərasimində çıxış edən «Azersun»un İdarə Heyətinin sədri Abdolbari Goozal, Azərbaycan və Rusiya arasında mövcud əməkdaşlıqdan danışıb və qeyd edib ki, istifadəyə verilən çay fabriki və təməli qoyulan konserv zavodu həmçinin iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə səbəb olacaq.
Qeyd edək ki, konserv zavodun ərazisi 5 hektar, örtülü tikili sahəsi isə 12 min kvadrat metr təşkil edir. Təməli qoyulan bu müəssisənin illik istehsal gücü 50 mln. banka olması planlaşdırılır. Burada tomat məhsulları, yaşıl noxud, xiyar və qarışıq turşular, konservləşdirilmiş qarğıdalı və digər bazar tələblərinə uyğun meyvə-tərəvəz konservlərini istehsalı nəzərdə tutulur.
Xatırladaq ki, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrinin sözlərinə görə, hər iki müəssisənin inşasına 34 mln. ABŞ dolları (hər müəssisəyə 17 mln. dollar olmaqla) vəsait sərf olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR