Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri avqustda 1,1% bahalaşıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri avqustda 1,1% bahalaşıb
# 07 sentyabr 2010 14:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,1% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində bitkiçilik, bostan və bağçılıq məhsullarının qiymətləri 2,4% bahalaşıb, diri mal-qara və heyvandarlıq məhsullarının qiymətləri isə əvvəlki ayla müqayisədə 0,4% ucuzlaşıb.

Bitkiçilik, bostan və bağçılıq məhsullarından tərəvəz məhsullarının istehsalçı qiymətləri avqustda 12,1%, dənli bitkilərin 8%, kökümeyvəli və köküyumruluların 6,8%, digər qruplara daxil edilməyən sair tərəvəzlərin 4,9%, kartofun 1,6%, turuncu meyvələrin 1,7%, subtropik meyvələrin qiymətləri 0,2% bahalaşıb, sitrus meyvələrin 1,7%, zeytun və qoz-fındığın qiymətləri isə 3% ucuzlaşıb.

Diri mal-qara və heyvandarlıq məhsullarından iribuynuzlu qaramaldan alınan südün istehsalçı qiymətləri hesabat ayında 3,2%, qoyun və keçi südünün 1,9%, mal ətinin (diri çəkidə) 1,2%, mal-qara yunu və tükü 0,3% bahalaşıb, diri qoyunların 0,8%, qoyun ətinin (diri çəkidə) 0,2%, diri iribuynuzlu qaramalın 1,3%, diri quşların 0,4%, quş ətinin (diri çəkidə) qiymətləri 5,1%, yumurtanın qiymətləri isə 8,4% ucuzlaşıb.

Ay ərzində meşə təsərrüfatı məhsullarından yanacaq oduncağının istehsalçı qiymətlərində 0,4% bahalaşma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR