Bank Of Baku

Azərbaycan Taxıl Fondunda dənin saxlanma müddəti azaldılıb

Azərbaycan Taxıl Fondunda dənin saxlanma müddəti azaldılıb
# 08 sentyabr 2010 12:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan hökuməti «Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları»nda dəyişiklik edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

«Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları»na 2 nömrəli əlavə - «Dövlət Taxıl Fondunda saxlanmağa qoyulan taxıl üçün tələblər»də edilmiş dəyişikliyə əsasən, dənin saxlanma müddəti (dən üçün məhsul ilindən) 1 ildən 8 aya endirilib.

Dəyişiklik Fövqəladə Hallar Nazirliyinin İqtisadi İnkişaf və Maliyyə nazirlikləri ilə razılaşdırılmış təklifinə əsasən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR