Bank Of Baku

Rusiya günəbaxan yağı və tumunun ixracına qadağa qoya bilər

Rusiya günəbaxan yağı və tumunun ixracına qadağa qoya bilər
# 09 sentyabr 2010 08:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiya günəbaxan yağı və tumunun ixracına qadağa qoymaq niyyətindədir. «APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, avqustun sonunda Rusiyanın bitki yağları istehsalçıları birliyi ölkənin kənd təsərrüfatı naziri, xanım Yelena Skrınnikə sentyabrın ortalarından etibarən yarım il müddətinə günəbaxan yağları və tumunun ixracına qadağa qoymasına dair məktub yollayıb. Birlik bunu məhsuldarlığın aşağı düşməsi və sözügedən məhsulların qiymətinin təxminən 50% artması ilə əsaslandırır.

Eyni zamanda, birlik nazirdən günəbaxan tumunun ixracı üçün nəzərdə tutulan rüsumun 20%-dən 30%-dək artırılmasını xahiş edib. Hazırda Rusiyada günəbaxan tumu böyük həcmdə ixrac olunmur, lakin ölkədə istehsal olunan günəbaxan yağının 1/5 hissəsi ixracata yönəldilir. Belə ki, son bir ildə Rusiyada 2,5 mln. ton günəbaxan yağı istehsal olunub, bunun da 500 min tonu ixrac olunub.

Qeyd edək ki, bu yayın Rusiyada həddən artıq isti keçməsi nəticəsində ölkədə dənli bitki təsərrüfatına ciddi zərər dəyib. Bu səbəbdən hökumət avqustun 15-dən dekabrın 31-dək taxılın ixracına embarqo qoyub. Lakin sentyabrın 1-dən ixraca qoyulan qadağa qismən aradan qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR