Bank Of Baku

«Siyəzən-Broyler» ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsində «Monolit-D Ltd.» şirkəti qalibi gəlib

«Siyəzən-Broyler» ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsində «Monolit-D Ltd.» şirkəti qalibi gəlib
# 13 sentyabr 2010 08:05 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi «Siyəzən-Broyler» ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinə yekun vurub. Komitədən «APA-Economics»ə verilən məlumata görə, müsabiqədə iki iddiaçı iştirakçı iştirak edib.

Müsabiqə Komissiyası iştirakçıların təqdim etdiyi investisiya təkliflərinə baxdıqdan sonra açıq səsvermə yolu ilə qərar qəbul edib və «Monolit-D Ltd.» şirkəti «Siyəzən-Broyler» ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan olunub.

Müsabiqənin şərtlərinə müvafiq olaraq, müsabiqə qalibi 2,4 mln. manat məbləğində pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini, silinmək üçün 40 min ədəd dövlət özəlləşdirmə çekinin təqdim edilməsini, habelə investisiya proqramına əsasən 3 il ərzində 16 230 610 manat məbləğində investisiya qoyuluşunun yerinə yetirilməsini öhdəsinə götürüb. Nəzərdə tutulan investisiyalar müəssisənin anaclıq zonaları və anaclıq inkubatoriyasında, broyler inkubatoriyası və broyler zonalarında, kompressor, soyutma sexlərində, kəsim və sanitar kəsim, qazanxana və yandırma sexlərində, traktor və avtomobil parklarında, laboratoriya binasında və yem sexində təmir-tikinti və yenidənqurma işlərinin aparılması, zəruri texnoloji avadanlıqların alınıb quraşdırılması, kommunikasiya xətlərinin çəkilməsinə, eləcə də damazlıq cücə, yem, habelə dərman, vitamin və yem əlavələrinin alışına yönəldiləcək. İnvestisiya layihəsinin həyata keçirilməsi nəticəsində müasir texnologiyalar cəlb etməklə, səmərəli material və avadanlıqlardan istifadə edərək «Siyəzən-Broyler» ASC-də beynəlxalq standartlara cavab verən məhsul istehsalı planlaşdırılır.

Bununla yanaşı, təqdim edilmiş investisiya proqramında ekoloji məsələlərin həlli və investisiya qoyuluşu nəticəsində müəssisədə 100 yeni iş yerinin açılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR