Bank Of Baku

Azərbaycana idxal olunan 215 baş mal-qara “Aqrolizinq” ASC-nin Gəncə Rayonlararası Bazasına yerləşdirilib

Azərbaycana idxal olunan 215 baş mal-qara “Aqrolizinq” ASC-nin Gəncə Rayonlararası Bazasına yerləşdirilib
# 13 sentyabr 2010 10:04 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Avropa ölkələrindən Azərbaycana cins mal-qara gətirilməsi prosesi davam edir.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, yeni gətirilən damazlıq mal-qaranın 215 başı Avstriyadan idxal olunaraq “Aqrolizinq” ASC-nin Gəncə Rayonlararası Bazasına yerləşdirilib.

Gətirilən mal-qaranın 175-i “Smental”, 40-i isə “Şvis” cinsidir. Hazırda yeni gətirilən cins mal-qara üzərində karantin müddəti elan edilib. Bu müddət ərzində cin mal-qara üzərində ciddi müayinələr və profilaktik tədbirlər aparılacaq. Karantin müddəti başa çatdıqdan sonra isə cins heyvanlar fermerlərə paylanacaq.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin nümayəndəsi Dilqəm Ağalarovun sözlərinə görə, ötən illərdə bu növ mal-qara arasında ölüm faktları qeydə alınsa da, bu il belə bir fakt qeydə alınmayıb. Ölüm faktlarının olmasına səbəb isə fermerlərin təcrübəsizlik üzündən bu növ mal-qaraya düzgün qulluq edə bilməməsi və yemləmə prosesində yaranan problemlər olub.

Qeyd edək ki, bu il ölkəyə 900 baş cin mal-qaranın gətirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR