Bank Of Baku

Azərbaycan səpin üçün xaricdən toxumluq buğda almayacaq

Azərbaycan səpin üçün xaricdən toxumluq buğda almayacaq
# 17 sentyabr 2010 15:08 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu - APA. Bu il taxıl əkini mövsümündə xaricdən toxumluq buğda alınmayacaq.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu Ağdamda keçirilən kənd təsərrüfatı məhsullarının sərgi-yarmarkasında Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib.

Nazirlik rəsmisi jurnalistlərə açıqlamasında deyib ki, hazırda ölkədə əkilməsi nəzərdə tutulan taxıl sahələrinin tam təmin olunması üçün toxum ehtiyatı mövcuddur. Onun sözlərinə görə, dünyada yaranan taxıl qıtlığının Azərbaycana təsiri olmayacaq: “Ölkənin Taxıl Fondu əhalinin taxıla tələbatını ödəmək üçün kifayət qədər yetərlidir”.

Çörəyin və taxılın bahalaşmasına dair sualı cavablandıran nazir müavini deyib ki, təmsil etdiyi nazirlik bazara təsir etmək imkanına malik deyil. Bununla belə, çörəyin və buğdanın qiymətinin sabit qalması üçün tədbirlər həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR