Bank Of Baku

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı: Rusiya və Pakistanda baş vermiş təbii fəlakətlər taxılın qiymətinin artmasına səbəb ola bilər

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı: Rusiya və Pakistanda baş vermiş təbii fəlakətlər taxılın qiymətinin artmasına səbəb ola bilər
# 20 sentyabr 2010 10:33 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rusiya və Pakistanda baş vermiş təbii fəlakətlər taxılın qiymətinin artmasına səbəb ola bilər. APA-nın məlumatına görə, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) icraçı direktorunun müavini Lopez da Silva deyib. O bildirib ki, Rusiyadakı quraqlıq və Pakistandakı daşqınlar taxıl istehsalına mənfi təsir edib: “Bu faktorlar qiymətlərin artımına və 2007-2008-ci illərdə baş vermiş vəziyyətin təkrarına gətirib çıxara bilər”.
Bununla belə, Lopez da Silva əlavə edib ki, dünyada taxıl istehsalı yaxşı səviyyədədir: “Lakin ölkələr taxılın ixracına məhdudiyyətlər qoyarsa, gömrük rüsumlarını artırarsa və digər məhdudiyyətlərə əl atarsa, bütün bunlar bazara təsir edəcək və 2011-2012-ci illərdə taxılın qiymətlərində inflyasiya tendensiyaları yaradacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR