Bank Of Baku

Bakıda Respublika Bal Sərgi-Satış Yarmarkası keçirilir - FOTOSESSİYA

Bakıda Respublika Bal Sərgi-Satış Yarmarkası keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 20 sentyabr 2010 11:50 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov bildirib ki, yarmarkada 400 nəfər bal istehsalçısının iştirak edəcəyi gözlənilsə də, tədbirə 800-ə yaxın bal istehsalçısı qatılıb: «Bu da onu göstərir ki, ildən-ilə Azərbaycanda arıçılığa, balçılığa münasibət daha da yaxşılaşıb. Bunun arxasında dövlət dayanır. «2008-2015-ci illərdə əhalinin etibarlı ərzaqla təminatına dair Dövlət Proqramı»nda arıçılıq inkişafı da nəzərdə tutulub. Bununla yanaşı, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında 101 bəndən 79-u kənd təsərrüfatına aiddir».

A.Aslanov bildirib ki, sərgidə müxtəlif arıçılıq məhsulları nümayiş olunacaq və sərfəli qiymətlə satılacaq. Bal sərgisi sentyabrın 30-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR