Bank Of Baku

Azərbaycanda bağçılıq və tingçiliklə bağlı investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbuluna başlanılıb

Azərbaycanda bağçılıq və tingçiliklə bağlı investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbuluna başlanılıb
# 21 sentyabr 2010 10:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu yeni investisiya layihələrinin maliyyələşdirilməsi məqsədi ilə sahibkarlıq subyektlərindən təkliflərin qəbuluna başlayıb. «APA-Economics»in məlumatına görə, buna həsr olunmuş tədbirdə Fondun icraçı direktoru Şirzad Abdullayev vurğulayıb ki, layihələr intensiv bağçılığın və tingçiliyin inkişafı sahələrini əhatə etməlidir.

İntensiv bağçılığın inkişafı layihələri müxtəlif meyvə növləri üzrə, o cümlədən alma, armud, üzüm, ərik, şaftalı, nar, gilas, albalı, gavalı, alça, zoğal, subtropik və sitrus meyvə növləri bağlarının salınmasına aid olmalıdır.

Ş.Abdullayev maliyyələşdiriləcək layihələr üzrə müəyyənləşdirilmiş tələblərdən danışarkən ilk növbədə bağların salınması üçün tələb olunacaq xərclər üzrə tələbləri açıqlayıb. Belə ki, Fondun hesablamaları və mövcud tələblərə görə, meyvə növlərindən asılı olaraq 1 hektarın salınması üçün 14-16 min manat məbləğində xərclər nəzərdə tutulmalıdır və yalnız üzüm bağlarının salınması üçün xərclər 26 min manata qədər ola bilər. Qeyd edək ki, bu xərclərin əsas hissəsi - 10 min manatı müasir tələblərə cavab verən suvarma və damlanma sistemlərinin yaradılması xərcləridir. Bundan əlavə, layihənin smeta dəyərinin ən azı 30%-i sahibkar tərəfindən maliyyələşdirilməlidir.

Sözügedən layihələrlə bağlı təkliflərin qəbulu müvəkkil kredit təşkilatları vasitəsi ilə aparılır və proses oktyabrın 21-də başa çatacaq. Oktyabrın 25-də isə təklif zərfləri açılacaq. Maliyyələşdirilməsi barədə qərar qəbul olunmuş layihələr noyabrın 10-da elan olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR