Bank Of Baku

Qazaxıstanın «United Grain Inspection» şirkəti Bakıda nümayəndəlik açıb

Qazaxıstanın «United Grain Inspection» şirkəti Bakıda nümayəndəlik açıb
# 24 sentyabr 2010 08:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsinin artması ilə əlaqədar Bakıda «United Grain Inspection» müfəttiş şirkətinin nümayəndəliyi açılıb.

«APA-Economics»in məlumatına görə, nümayəndəlik taxılın ixrac və idxalı çərçivəsində onun keyfiyyəti və kəmiyyətinin müəyyənləşdirilməsi üzrə xidmətlər göstərəcək. «United Grain Inspection»un Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsinə Sansızbay Xamzin təyin olunub. Nümayəndəlik Hövsanda yerləşən Bakı Taxıl Terminalının ərazisində yerləşəcək.

Qeyd edək ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsi 450 mln. ABŞ dolları təşkil edir. Azərbaycan və Qazaxıstan bu göstəricini 1 mlrd. dollara çatdırmaq niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR