Bank Of Baku

BMT ərzaq məhsullarının qiymətlərinin artımını dayandırmağa çağırır

BMT ərzaq məhsullarının qiymətlərinin artımını dayandırmağa çağırır
# 25 sentyabr 2010 08:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. BMT-nin Ərzaq Təşkilatı (FAO) İtaliyanın paytaxtında ərzaq məhsullarının qiymətlərinin artımına həsr olunmuş növbədənkənar iclas keçirib.

APA-Economics”in məlumatına görə, 75-dən artıq ölkədən olan ekspertlərin fikrincə, qiymət artımının səbəbi tək Rusiya taxılın ixracına qadağa deyil, həmçinin əmtəə birjalarında spekulyasiyalar və bir sıra dövlətlərin siyasətləri olub.

İclas iştirakçıları hesab edirlər ki, hələlik dünyada ərzaq böhranın əlamətləri yoxdur, lakin qiymət artımının səbəblərini araşdırmaq vacibdir.

Qeyd edək ki, FAO-nun hesablamalarına görə, əgər bu il üçün məhsuldarlıq üzrə proqnozlar özünü doğruldacaq, əldə olunmuş taxıl hazırda mövcud olan ehtiyatlarla birlikdə dünyanın iki illik tələbatını təmin edəcək. Ekspertlərin fikrincə, dünyanın taxıl ehtiyatları 2011-ci ildə 184 mln. tona çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR