Bank Of Baku

«Ağcabədi və Beyləqan rayonlarında heyvandarlığın inkişafı» layihəsinə start verilib

«Ağcabədi və Beyləqan rayonlarında heyvandarlığın inkişafı» layihəsinə start verilib
# 28 sentyabr 2010 07:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. İsveçrənin HEKS-EPER və Aqro İnformasiya Mərkəzi (AİM-Azərbaycan) İsveçrə dövlətinin maliyyə dəstəyi ilə «Ağcabədi və Beyləqan rayonlarında heyvandarlığın inkişafı» adlı üç illik yeni layihənin icrasına başlayır.

AİM-dən «APA-Economics»ə verilən məlumata görə, layihənin məqsədi bu rayonlarda heyvandarlıqla məşğul olan aztəminatlı fermerlərin bazara çıxışını təmin etmək və onların həyat şəraitinin yaxşılaşdırılmasıdır. Layihəni İsveçrə hökumətinin adından İsveçrə İnkişaf Korporasiyası (SDC) maliyyələşdirəcək.

Qeyd edək ki, layihə əsasən heyvandarlıq istehsalının inkişafı və marketinq üzrə qurulub. AİM-in kənd təsərrüfatının inkişafında on ildən çox olan təcrübəsinə və SDC-nin araşdırma fəaliyyətlərinə əsaslanaraq, layihə bir neçə istiqamət üzrə fəaliyyət nəzərdə tutur. Bu fəaliyyətlər fermerləri (qadın və kişi), sonrakı xidmət təchizatçılarını və son olaraq bu iki tərəf və heyvandarlıq bazarının digər iştirakçıları arasındakı təkmilləşmiş münasibətləri hədəf alır. Layihə dövlət və özəl sektor ilə birlikdə planlaşdırma, icra və qiymətləndirmə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR