Bank Of Baku

Bakıda «Caspian Agro» sərgisi keçirilir - FOTO

Bakıda «Caspian Agro» sərgisi keçirilir - <font color=red>FOTO</font>
# 29 sentyabr 2010 09:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə «Caspian Agro» kənd təsərrüfatı məhsulları və avadanlıqlarının beynəlxalq sərgisi başlayıb.

«APA-Economics»in məlumatına görə, tədbirin açılışında Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib ki, Azərbaycan iqtisadiyyatı dünya üzrə liderlik mövqeyini qoruyub saxlayır və bu inkişaf tendensiyası gələcəkdə də davam etdiriləcək.

İ.Abasovun sözlərinə görə, bu sərgidə kənd təsərrüfatının bütün sahələri üzrə istehsal olunan məhsullar nümayiş etdiriləcək.

Azərbaycan Ticarət və Sənaye Palatasının sədr müavini Mehman Əhmədov isə belə sərgilərin təşkil edilməsinin ölkənin kənd təsərrüfatı sektorunun inkişafına daha da təkan olacağını bildirib.

Qeyd edək ki, tədbirdə Azərbaycan, Belarus və Qətərin kənd təsərrüfatı nazirləri, digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Sərgidə yerli və müxtəlif ölkələrdən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 90-a yaxın şirkət məhsullarını nümayiş etdirir. Sərgi oktyabr ayının 1-dək davam edəcək.

Sərgi “Azersun Holding”in təşkilatçılığı və sponsorluğu ilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR