Bank Of Baku

Prezident İlham Əliyev «Caspian Agro-2010» beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak edib

Prezident İlham Əliyev «Caspian Agro-2010» beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak edib
# 30 sentyabr 2010 10:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün prezident İlham Əliyev «Caspian Agro-2010» III Beynəlxalq kənd təsərrüfatı, ərzaq emalı və qablaşdırma sərgisində iştirak edib.

«APA-Economics»in məlumatına görə, dövlət başçısı əvvəlcə kompleksin həyətində Minsk və Gəncə avtomobil zavodlarının istehsalı olan kənd təsərrüfatı texnikasına baxıb.

Kənd Təsərrüfatı Nazirliyinin rəsmi dəstəyi, Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilən sərgi ilə tanışlıq zamanı məlumat verilib ki, belə bir beynəlxalq tədbirin keçirilməsinin başlıca məqsəd ölkədə istehsal olunan kənd təsərrüfatı və emal sənayesi məhsullarının nümayişi ilə yanaşı, bu sahələrin daha da inkişafı üçün xarici şirkət və sərmayədarların diqqətini cəlb etmək, Azərbaycanda son illər baş verən sürətli inkişaf və tərəqqinin təbliği ilə bərabər, aqrar elmin qabaqcıl nailiyyətlərini və təcrübəsini öyrənməkdir.

Prezident İlham Əliyev Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin və müxtəlif şirkətlərin, habelə quşçuluq, şərabçılıq, kənd təsərrüfatı texnikası pavilyonları ilə tanış olub.


Qeyd edək ki, sərgidə Azərbaycanla yanaşı, Belarus, Gürcüstan, Kuba, İspaniya, Qətər və İrandan 80-dən artıq şirkət təmsil olunub. Sərgi bu ilin oktyabr ayının 1-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR