Bank Of Baku

«Aqrolizinq» ASC 4 lot üzrə tender keçirir

«Aqrolizinq» ASC 4 lot üzrə  tender keçirir
# 01 oktyabr 2010 07:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Aqrolizinq» ASC 4 lot üzrə tender elan edib.

Cəmiyyətdən «APA-Economics»ə verilən məlumata görə, birinci lotda Göygöl rayonunda 2 hektar sahədə xüsusi polietilen örtüklü, temperatur davamlığı -34 C və küləyə qarşı davamlığı 28 m/san olan istixananın quraşdırılması işlərinin satınalması, ikinci lotda Şəmkir rayonunda 2 hektar sahədə xüsusi polietilen örtüklü, temperatur davamlığı -34 C olan və küləyə qarşı davamlığı 28 m/san olan istixananın quraşdırılması işlərinin satın alınması, üçüncü lotda Masallı rayonunda 2 hektar sahədə xüsusi polietilen örtüklü, temperatur davamlığı -34 C olan və küləyə qarşı davamlığı 28 m/san olan istixananın quraşdırılması işlərinin satın alınması, sonuncu lotda isə Qusar rayonunda 1500 baş heyvan üçün karusel tipli sağım aqreqatı və 1500 yerlik lövhə üçün texnoloji avadanlıqların satın alınması qeyd olunub.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri bu ilin noyabr ayının 10-dək «Aqrolizinq» ASC-yə təqdim edə bilərlər. Zərflər isə bu ilin noyabr ayının 25-də açılacaq.

Qeyd edək ki, tenderdə hər bir lot üzrə iştirak haqqı 500 manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR