Bank Of Baku

Masallıda taxıl qıtlığı problemi müzakirə olunub - FOTO

Masallıda taxıl qıtlığı problemi müzakirə olunub - <font color=red>FOTO</font>
# 01 oktyabr 2010 12:20 (UTC +04:00)
Masallı. Ağəddin Babayev - APA. Masallıda yerli ərazi nümayəndələrinin, bələdiyyələrin, idarə və müəssisə rəhbərlərinin, sahibkarların, iş adamlarının, torpaq payçılarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ümumrayon müşavirəsi keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, “Azərbaycan Respublikasında əhalinin etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar keçirilən tədbiri giriş sözü ilə açan Masallı rayon İcra Hakimiyyətinin (RİH) başçısı Qəzənfər Ağayev taxıl qıtlığı ilə əlaqədar Rusiya və Qazaxıstandan taxıl satışının məhdudlaşdırılması, bu məqsədlə əkinə hazırlıq işlərinin daha intensiv aparılması, rayondakı 25 min hektarlıq əkin fondundan tam səmərəli istifadə olunması və taxıl əkininin artırılması zərurətindən danışıb.

RİH başçısının aqrar məsələlər üzrə müavini İsa Nuriyev Dövlət Proqramının tələblərinə müvafiq olaraq 2011-ci ilin məhsul istehsalı üçün əkinə hazırlıq işlərinin vəziyyəti və qarşıda duran vəzifələr barədə məruzə edib.

Məruzə ətrafında çıxış edən Masallı rayon Maşın Melorativ Stansiyasının rəisi Maşallah Kərimov, “Aqroservis” ASC-nin rayon şöbəsinin sədri Qafil Məmmədov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin müdiri Hamil Hadiyev və başqaları rayonda taxıl fondunun artırılması, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, əkin sahələrindən daha səmərəli və dolğun istifadəsi ilə bağlı fikir və mülahizələrini çatdırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR