Bank Of Baku

Rusiya hökuməti taxıl ixracına qoyduğu qadağanı yaxın vaxtlarda götürməyəcək

Rusiya hökuməti taxıl ixracına qoyduğu qadağanı yaxın vaxtlarda götürməyəcək
# 01 oktyabr 2010 14:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Rusiya hökuməti gələn ilin iyul ayınadək taxıl ixracına qoyduğu qadağanı aradan qaldırmaq niyyətində deyil.

«APA-Economics»in məlumatına görə, bunu Rusiya baş nazirinin birinci müavini Viktor Zubkov bildirib.

Onun sözlərinə görə, hökumət sözügedən məhsulun ixracına qoyulan qadağanın ləğv edilməsini yeni mövsümün başlanacağınadək müzakirə etmək niyyətində deyil.

Qeyd edək ki, bu yay quraqlıq nəticəsində Rusiyada taxılın istehsalı ötən ilki 50,3 mln. ton səviyyəsindən 33,7 mln. tona azalıb.

Xatırladaq ki, cari ilin avqust ayında Rusiya hökuməti taxılın ixracına qoyduğu qadağanı qismən aradan qaldırıb. Taxıl məhsullarının humanitar yardım göstərmək, Rusiyanın beynəlxalq öhdəliklərini yerinə yetirmək üçün, eləcə də digər hallarda ölkədən aparılmasına icazə verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR