Bank Of Baku

Azərbaycan mürəbbə ixracına başlamağa hazırlaşır

Azərbaycan mürəbbə ixracına başlamağa hazırlaşır
# 05 oktyabr 2010 13:06 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə dünyada mürəbbə istehsalı heç bir ölkədə yoxdur və sözügedən məhsulun istehsalı yalnız Azərbaycana məxsusdur, digər ölkələrdə isə yalnız cem istehsal edilir: «Azərbaycanda mürəbbənin istehlakı azdır və kütləvi yerlərdə onlar istehlak demək olar ki, olunmur. Azərbaycanda inşa olunacaq müasir standartlara cavab verən kiçik və orta həcmli meyvə emalı müəssisələri hesabına ölkənin daxili tələbatı tam ödəniləcək, gələcəkdə isə biz mürəbbə ilə xaricdə təmsil oluna bilərik».

Qeyd edək ki, Quba-Xaçmaz, Şəki-Zaqatla və Aran iqtisadi rayonlarında müasir standartlara cavab verən kiçik və orta həcmli meyvə emalı müəssisələri inşa olunacaq. Dörd layihənin ümumi investisiya tələbatı 4,9 mln. manatdır ki, layihələrin reallaşmasına 2,8 mln. manat güzəştli kreditin ayrılması nəzərdə tutulur. Layihələrin icrası nəticəsində 1 min ton quru meyvə, 1,2 min ton mürəbbə, 4 min ton cem və 2,4 min ton alma konsentratı istehsalı mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR