Bank Of Baku

Azərbaycana idxal olunmuş ərzaq buğdası və həmin buğdadan istehsal edilmiş un növbəti laborator müayinədən keçirilib

Azərbaycana idxal olunmuş ərzaq buğdası və həmin buğdadan istehsal edilmiş un növbəti laborator müayinədən keçirilib
# 05 oktyabr 2010 14:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti taxıl məhsullarının keyfiyyət və təhlükəsizliyinə dövlət nəzarəti tədbirlərini davam etdirir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu məqsədlə iri taxılçılıq subyektlərinin anbarında olan ərzaq buğdasından və undan mütəmadi olaraq nümunələr götürülür, Dövlət Xidmətinin taxıl və yeyinti məhsullarının keyfiyyəti və təhlükəsizliyi üzrə sınaq laboratoriyasında qiymətləndirilir.

İri taxılçılıq subyektləri tərəfindən idxal olunmuş ərzaq buğdasından və həmin buğdadan istehsal edilmiş undan sentyabr ayında götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində anbarlarda olan buğdaların keyfiyyət göstəricilərinin 3-cü sinif buğda üçün müəyyən edilmiş göstəricilərə uyğun olduğu, həmçinin xəstəliklərlə və zərərvericilərlə yoluxma hallarının olmadığı müəyyənləşdirilib.

Laborator müayinələr nəticəsində həmçinin bu subyektlərin anbarlarında olan unun keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğun olduğu müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR