Bank Of Baku

Ukrayna taxıl ixracına məhdudiyyət tətbiq edib

Ukrayna taxıl ixracına məhdudiyyət tətbiq edib
# 07 oktyabr 2010 15:11 (UTC +04:00)
Bakı - APA-Economics. Ukrayna hökuməti oktyabrın 7-dən etibarən ölkədən taxıl və taxıl məhsullarının ixracına məhdudiyyət tətbiq edib.

APA-Economics”in “İnterfax-Ukraina”ya istinadən xəbərinə görə, bu barədə Ukraynanın Aqrar siyasət və torpaq münasibətləri Komitəsinin sədri Qriqori Kaletnik açıqlama verib.

Onun sözlərinə görə, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə qəbul olunan bu qərar cari ilin sonunadək qüvvədə olacaq.

Buğda üçün məhdudiyyət 0,5 mln. ton, arpa üçün 0,2 mln. ton, qarğıdalı üçün 3 mln. ton təşkil edir.

Qeyd edək ki, dünən Ukrayna Ali Radası taxıl ixracına kvota tətbiq etməkdən imtina edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR