Bank Of Baku

Rusiyada konyak da bahalaşır

Rusiyada konyak da bahalaşır
# 11 oktyabr 2010 11:15 (UTC +04:00)
Bakı - APA-Economics. Gələn il yanvarın 1-dən etibarən Rusiyada konyakın minimal qiyməti tətbiq olunacaq.

APA-Economics”in “Kommersant”a istinadən xəbərinə görə, bu barədə Rusiyanın spirtli içkilər bazarını tənzimləyən qurum olan “Rosalkoqolrequlirovanie” müvafiq qərar qəbul edib.

Qərara əsasən, yarım litrlik üçulduzlu konyakın qiyməti 190-210 rubl (6-7 dollar) səviyyəsində müəyyənləşdirilib.

Bazar iştirakçılarının fikrincə, hazırda Rusiyada konyakın 30%-i göstərilən qiymətdən ucuz satılır. Statistik məlumatlara əsasən, ötən il Rusiyada 11,2 mln. dekalitr konyak satılıb ki, bunun da 8,1 mln. dekalitri yerli istehsaldır.

Qeyd edək ki, “Rosalkoqolrequlirovanie” bu il yanvarın 1-dən arağın minimal satış qiymətini 89 rubl (təxminən 3 dollar) həddində müəyyənləşdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR