Bank Of Baku

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi 2011-ci il dövlət büdcəsinin layihəsində aqrar sektora ayrılacaq vəsaitlərin həcmindən narazıdır

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi 2011-ci il dövlət büdcəsinin layihəsində aqrar sektora ayrılacaq vəsaitlərin həcmindən narazıdır
# 11 oktyabr 2010 12:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın 2011-ci il dövlət büdcəsi layihəsində kənd təsərrüfatının bəzi sahələri üçün nəzərdə tutulan vəsaitlərin həcmi Kənd Təsərrüfatı Nazirliyini qane etmir. «APA-Economics»in məlumatına görə, bunu Milli Məclisin komitələrinin bu gün keçirilən birgə iclasında dövlət büdcəsinin layihəsi müzakirəsində iştirak edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.

Nazir müavini qeyd edib ki, bəzi sahələrə tələb olunduğundan az vəsait ayrılır ki, bu da öz növbəsində həmin sahələrdə müəyyən tədbirlərin həyata keçirilməsinə təsir göstərəcək. Məsələn, İ.Quliyev qeyd edib ki, epizootik tədbirlərin həyata keçirilməsi üçün Dövlət Baytarlıq Xidmətinə 7,5 mln. manat vəsait tələb olunduğu halda, büdcədə 4,2 mln. manat nəzərdə tutulur. Nazir müavininin sözlərinə görə, fitosanitar tədbirləri üçün isə 1,5 mln. manat tələb olunduğu halda, büdcədə 600 min manat proqnozlaşdırılır ki, bu da nəzərdə tutulan işlərini həyata keçirməyə imkan vermir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR