Bank Of Baku

Bakıda Hindistandan Azərbaycana ət idxalının dayandırılması məsələsi müzakirə olunacaq

Bakıda Hindistandan Azərbaycana ət idxalının dayandırılması məsələsi müzakirə olunacaq
# 14 oktyabr 2010 08:53 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda bu məsələ Azərbaycanda araşdırılır, iaşə obyektlərində yoxlamalar təşkil olunub: «Məsələ tam aydınlaşandan sonra hər hansısa bir qərar veriləcək. Düşünmürəm ki, Hindistandan Azərbaycana gətirilən ətin tərkibində hansısa zərərli maddə var».

Xatırladaq ki, bir qədər əvvəl Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin qərarı ilə Hindistandan ölkəyə ət idxalı dayandırılıb.

Azərbaycan Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmovanın «APA-Economics»ə verdiyi məlumata görə, Hindistandan Azərbaycana ətin gətirilməsinin dayandırılması adi haldır. Belə ki, hər hansısa bir ölkədən Azərbaycana gətirilən ət 3-4 ildən bir yoxlanılır və məhz bunun nəticəsində idxal müvəqqəti olaraq dayandırılır: «Bu məsələ ilə bağlı həm Hindistan, həm də Azərbaycan tərəfi araşdırmalar aparacaq ki, Azərbaycan Dövlət Baytarlıq Xidmətinin əməkdaşları Hindistana ezam olunacaq, orada ət istehsalı, mal-qaranın epizotik şəraiti ilə tanış olacaqlar».

S.Rüstəmova onu da bildirib ki, Hindistandan Azərbaycana hər il 6-7 min ton camış əti idxal edilir və bunun əksəriyyəti kolbasa məmulatlarının istehsalında istifadə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR