Bank Of Baku

Azərbaycan və Hindistan meyvəçilik və toxumçuluq sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Hindistan meyvəçilik və toxumçuluq sahəsində əməkdaşlıq edəcək
# 14 oktyabr 2010 09:51 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Hindistan Azərbaycanla meyvəçilik və toxumçuluq sahəsində əməkdaşlıq etmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Hindistanın Pəncab vilayətinin kənd təsərrüfatı naziri Suça Sinqh Lanqahla Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində keçirilən görüşdə bildirib.

Hindistan və Azərbaycan nümayəndə heyətləri görüş zamanı əsasən ticarət və kənd təsərrüfatı sahələrində əməkdaşlıq perspektivlərini müzakirə edib ki, Hindistan tərəfi Azərbaycanla toxumçuluq və meyvəçilik sahələrində əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.

Görüşdə həmçinin birgə yeni layihələrin icrası barədə fikir mübadiləsi aparılıb. Azərbaycan tərəfi ölkənin investisiya imkanları barədə qonaqlara ətraflı məlumat verib.

Qeyd edək ki, Hindistan nümayəndə heyəti bu gün həmçinin İqtisadi İnkişaf Nazirliyində, ölkənin ərzaq istehsalı ilə məşğul olan aparıcı şirkətlərdə görüşlər keçirəcək, onların fəaliyyəti ilə tanış olacaq.

Xatırladaq ki, Hindistanın Pəncab vilayətinin ərazisi Azərbaycandan 2 dəfə azdır. Buna baxmayaraq, Pəncabda ildə 15 mln. ton taxıl istehsal olunur və ümumiyytələ, vilayət Hindistanın ərzaq tələbatının 2/3 hissəsini ödəyir. Pəncab vilayətinin əhalisinin sayı 26 mln. nəfər təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR