Bank Of Baku

Azərbaycanın kənd təsərrüfatı naziri İtaliyada səfərdədir

Azərbaycanın kənd təsərrüfatı naziri İtaliyada səfərdədir
# 14 oktyabr 2010 10:28 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yaradılmasının 65 illiyi və Dünya Ərzaq Gününə həsr olunmuş Dünya Ərzaq Həftəsində iştirak etmək məqsədilə Romada (İtaliya) səfərdədir.

Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Dünya Ərzaq Həftəsi çərçivəsində FAO-nun baş qərargahında Dünya Ərzaq Təhlükəsizliyi üzrə Komitənin iclası, ərzaq təhlükəsizliyinə həsr olunmuş simpoziumlar keçiriləcək. Oktyabrın 15-də Dünya Ərzaq Günü ilə zirvə tədbiri təşkil olunacaq. Nazir İ.Abasovun zirvə toplantısında çıxışı, FAO-nun baş direktoru Jak Diufla və təşkilatın digər yüksək vəzifəli şəxsləri ilə görüşləri nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR