Bank Of Baku

Azərbaycan Qarabağ atı müqabilində Hindistandan cins camış toxumu istəyib

Azərbaycan Qarabağ atı müqabilində Hindistandan cins camış toxumu istəyib
# 14 oktyabr 2010 11:43 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Hindistanın Pəncab vilayətinin kənd təsərrüfatı naziri Suça Sinqh Lanqahın rəhbərliyi ilə nümayəndə heyətinin Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində keçirdiyi görüşdə Hindistanın məşhur camış cinsinin toxumunun Azərbaycana verilməsi məsələsi müzakirə edilib.

«APA-Economics»in məlumatına görə, nazirliyin hevandarlıq şöbəsinin müdiri Çingiz Fərəcov Hindistandan 5 min doza cins camış toxumunun alınması üçün nümayəndə heyətinə müraciət edib.

Qeyd edək ki, dünyada məşhur olan camış cinsinin yayılması üçün bu toxumlar dünyanın müxtəlif ölkələrinə, o cümlədən Bolqarıstana göndərilir. Ç.Fərəcov bildirib ki, Azərbaycan tərəfi bu toxumların müqabilində Pəncab vilayətinin Kənd Təsərrüfatı Nazirliyinə dünyada məşhur cins Qarabağ atı verməyə hazırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR