Bank Of Baku

“Aqrolizinq” və Gəncə Avtomobil Zavodu arasında gələn il üçün müqavilə imzalanacaq

“Aqrolizinq” və Gəncə Avtomobil Zavodu arasında gələn il üçün müqavilə imzalanacaq
# 15 oktyabr 2010 08:44 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanın “Aqrolizinq” ASC gələn il üçün 50 traktorun alınmasına dair Gəncə Avtomobil Zavodu ilə növbəti müqavilə imzalayacaq. Bu barədə “APA-Economics”ə açıqlamasında “Aqrolizinq” ASC-nin rəhbəri Əli Bayramov məlumat verib.

Onun sözlərinə görə, traktorların qiyməti gücündən asılı olaraq 23-36 min manat arasında dəyişir: “Ümumilikdə “Aqrolizinq”in xətti ilə texnika almış fermerlər onun pulunu normal qaydada ödəyirlər. Amma bəzən iqlim şəraitinin əlverişli olmaması və məhsuldarlığın azalması ödəmələrə mənfi təsir edir”.

Ödəmələrlə bağlı problemlər daha çox dağlıq rayonlarda - Lerik, Yardımlı, Daşkəsən, Xızı və s. rayonlarda baş verir. Ə.Bayramov bunu həmin rayonlara əkinə yararlı torpaq sahələrinin az olması və bunun da fermerlərin götürdüyü məhsulun həcminə, qazancın miqdarına mənfi təsiri ilə izah edir: “Nəticədə bəzən ödəmələr vaxtında aparılmadığına görə verilmiş texnika fermerdən geri alınır. İndiyədək ödənişlər vaxtında aparılmadığına görə 10-12 texnika sahibindən geri alınıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR