Bank Of Baku

Hindistan Azərbaycanın meyvəçilik və toxumçuluq sahəsinə investisiya yatırmaq niyyətindədir

Hindistan Azərbaycanın meyvəçilik və toxumçuluq sahəsinə investisiya yatırmaq niyyətindədir
# 15 oktyabr 2010 16:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Hindistanın Pəncab ştatının hökumət nümayəndə heyətinin Azərbaycanda səfərinin başa çatması ilə bağlı mətbuat konfransı keçirilib.

«APA-Economics»in məlumatına görə, konfransda nümayəndə heyətinə rəhbərlik edən Pəncab ştatının kənd təsərrüfatı naziri Suça Singh Langah Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində keçirilən görüşlərdən, həmçinin gələcəkdə Hindistanla Azərbaycan arasında meyvəçilik və toxumçuluq sahəsində əməkdaşlıqdan danışıb.

Nazirin sözlərinə görə, Pəncab ştatı Azərbaycanda daha çox meyvəçilik və toxumçuluq sahəsinə investisiya yatırmaq niyyətindədir: “Səfərdən sonra bu sahəyə investisiya yatırılması məsələsi Hindistanda bir daha müzakirə ediləcək. Eyni zamanda Pəncab ştatından camış ətinin ixracına da maraqlıyıq”.

Tədbirdə Hindistanın Azərbaycandakı səfiri Debnat Şou Hindistanla Azərbaycan arasındakı mövcud əlaqələrin inkişafından, həmçinin 2009-cu ildə iki dövlətin ticarət dövriyyəsindən danışıb. Ötən il iki dövlət arasında ticari əlaqələrin ümumi dövriyyəsi 320 mln. ABŞ dolları olub. Bu rəqəm hazırda ötən ilin yekun göstəricisindən çoxdur.

Səfir həmçinin ötən il ərzində Hindistandan Azərbaycana ən çox çay və ət məhsullarının ixrac olunduğunu bildirib: «Təkcə 2009-cu ildə Hindistandan Azərbaycana 5 mln. manat həcmində çay, 5 mln. manat həcmində isə ət məhsulları ixrac edilib».

Qeyd edək ki, Hindistan nümayəndə heyəti Azərbaycanda İqtisadi İnkişaf Nazirliyində, ölkənin ərzaq istehsalı ilə məşğul olan aparıcı şirkətlərdə görüşlər keçirərək, onların fəaliyyəti ilə yaxından tanış olub.

Xatırladaq ki, nümayəndə heyətinin tərkibində Pəncab Aqrosənaye Korporasiyasının sədri Şarancit Singh Dhillon, icraçı direktoru Santoş Kumar Sandhu, Hindistan hökuməti Kənd Təsərrüfatı İdarəsinin baş katibi Navrit Singh Kang və digər şəxslər daxildir.

Hindistanın Pəncab vilayətinin ərazisi Azərbaycandan 2 dəfə azdır. Buna baxmayaraq, Pəncabda ildə 15 mln. ton taxıl istehsal olunur və ümumiyətlə, vilayət Hindistanın ərzaq tələbatının 2/3 hissəsini ödəyir. Pəncab vilayətinin əhalisinin sayı 26 mln. nəfər təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR